10-cu gündə 10 idman növü üzrə

III MDB oyunlarının 10-cu günündə 10 idman növü üzrə yarışlar baş tutacaq.

 Allsport.az saytı xəbər verir ki, Gəncə idman sarayında qız və oğlan voleybolçulardan ibarət yarımfinal və qrup oyunları keçiriləcək. Azərbaycanın qızlardan ibarət millisi yarımfinalda Belarus ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə Rusiya və Özbəkistan münasibətlərə aydınlıq gətirəcək.

Bu idman məkanında həmçinin güllə atıcılığı üzrə təsnifat və final mərhələləri, qılıncoynatmanın sablya növü üzrə qadınların fərdi mübarizələri baş tutacaq.

Gəncədə həmçinin 3×3 basketbol üzrə yarışlar start götürəcək.

Yevlax olimpiya idman kompleksində kişi boksçular arasında müxtəlif çəki dərəcələrində final görüşləri keçiriləcək.

Qəbələ olimpiya idman kompleksində qız və oğlan badmintonçular arasında cüt və fərdi yarışların final mərhələsi keçiriləcək.

Göygöl olimpiya idman kompleksində cüdoçular arasında 1/4 final, yarımfinal, həmçinin bürünc və qızıl medal uğrunda görüşlər baş tutacaq.

Mingəçevirdə avarçəkmə üzrə final yarışları keçiriləcək.

Xankəndidə isə kamandan oxatma yarışlarına yekun vurulacaq.

Həmin kateqoriyadan