- Baxış sayı: 29
- 27 Mart 2026 18:30
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İngiltərə çempionatının 5-ci turunda “Arsenal”la ev oyununda “Mançester Siti”nin hücumçusu Erlinq Haaland hesabı açıb. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı norveçli matçın 9-cu dəqiqəsində fərqlənib və bu klubda 100-cü qolunu vurub.
O, 105-ci matçında klub üçün 100 qol vurub və Top- 5 liqada Kriştianu Ronaldunun rekordunu təkrarlayıb. Məşhur portuqaliyalıya “Real Madrid”də 100 qol vurmaq üçün 105 oyun da lazım olub.
Avropanın ən yaxşı çempionatlarında 21-ci əsrdə bu 2 futbolçudan daha sürətli heç kim bir kluba 100 qol vura bilməyib.