100-cü quru oyun

“Real Madrid”in qapıçısı Tibo Kurtua 246 oyununda 100-cü quru oyununu keçirib.

Allport.az xəbər verir ki, belçikalı qapıçı “Leqanes”lə la liqa matçında (3:0) qapısını toxunulmaz saxlayıb. O, bu göstəricidə klub tarixinin dördüncüsü olub.

“Real Madrid”də belçikalıdan başqa üç qapıçı bu həddə çatıb: İker Kasilyas (714-dən 254-ü quru oyun), Fransisko Buyo (450-dən 179-u) və Migel Anxel (326-dan 122-si).

Həmin kateqoriyadan