- Baxış sayı: 74
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

Bu gün III MDB oyunları çərçivəsində Göygöl olimpiya idman kompleksində cüdo yarışına start verilib.
Allsport.az saytı xəbər verir ki, Məhəmmədəli Hüsüyev (55 kq), Gülşən Hüseynova (44 kq), Zeyd Ələsgərov (60 kq), Sunay Salamaova (40 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Fəxri Sahibzadə (66 kq), Könül Eyvazlı (44 kq), Nərmin Ağamirzadə (52 kq), Nəzakət Vəliyeva (57 kq), Məhəmməd Ağakişiyev (81 kq) və Sübhan Axundov (+90 kq) yarımfinal görüşlərində qələbə qazanıblar.
Beləliklə, Azərbaycanın 12 cüdoçusu finala vəsiqə qazanıb.
Cüdo yarışına oktyabrın 5-də yekun vurulacaq.