- Baxış sayı: 29
- 27 Mart 2026 18:30
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, bu əlamətdar hadisə premyer liqanın 6-cı turunda “Sabah” – “Turan Tovuz” görüşündə (2:2) təsadüf edib. 2-ci qol ölkə çempionatlarının 32 illik tarixinə 14000-ci kimi düşüb. Bu topun müəllifi qonaqların futbolçusu Roderik Miller olub.
Yubiley qolu 33 mövsüm ərzində baş tutan 5762-ci oyuna təsadüf edib. Bu qarşılaşmalardan 278-i texniki nəticə ilə yekunlaşıb. 14002 qol 5484 matçda vurulub.
Ölkə çempionatlarında ilk qola Mehman Alışanov nail olub. O, 1992-ci ilib mayın 3-də “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.