- Baxış sayı: 76
- 28 Yanvar 2026 13:11
- Baxış sayı: 122
- Fevral 08, 2026
- 0

Milli antidopinq agentliyi ilin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirdi. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən direktor Şəfəq Hüseynli bir çox maraqlı məqamlara da aydınlıq gətirdi:
“İl ərzində 19 iş üzrə icraat aparılıb. Onlardan 6 iş ötən il, 13 iş isə 2021-ci ilə qəbul olunub. Basketbol, futbol və sambo idman növləri üzrə hər biri 1 iş olmaqla, 3 məsələ üzrə qərar verilib. Basketbol və samboda sanskiya qərarı qəbul edilmiş, futbolda işə xitam qərarı verilib”.