- Baxış sayı: 30
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan voleybol federasiyası tərəfindən növbəti dəfə 16 yaşadək voleybolçu qızlar üçün düşərgə təşkil olunub.
Allsport.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi və Qaxda baş tutan düşərgədə 22 yeniyetmə idmançı iştirak edir.
16 yaşadək (U-16 ) qızlardan ibarət komandanın formalaşdırılması məqsədi ilə təşkil olunan və avqustun 26-dək davam edəcək düşərgə fiziki və texniki məşqlərdən ibarətdir. Həmçinin iştirakçılara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma yığması üçün müxtəlif proqramlar həyata keçirilir.