- Baxış sayı: 70
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0
26 fevral – 1 martda Antalya və Alanya şəhərlərində səmti müəyyən etmə idman növü üzrə “Antalya o days” turniri keçiriləcək.
Allsport.az saytı smef.az-a istinadən xəbər verir ki, Türkiyə Səmti Müəyyən Etmə Federasiyası tərəfindən təşkil ediləcək yarışa Azərbaycandan 10 idmançı qatılacaq.
Orta, uzun məsafələr və eləcə də sprint üzrə keçiriləcək rəqabətdə dünyanın 15-dən çox ölkəsinin idmançılarının qatılacağı gözlənilir. Bizim nümayəndə heyəti qonşu ölkıyə ayın 25-də yola düşəcək.