- Baxış sayı: 28
- 16 Dekabr 2025 15:55
- Baxış sayı: 471
- Dekabr 15, 2025
- 0

Azərbaycan premyer liqasının 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib.
Allsport.az xəbər verir ki,“Kəpəz” mövsümün startında ardıcıl 15 görüşü sülhsüz başa vurub. Gəncə klubu 3 qələbə qazanıb və 12 dəfə uduzub.
Bu, turnirin tarixində 14-cü belə hadisədir. Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət alan “Gənclik” nəzərə alınmasa, bunadək 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.
Sonuncu belə seriya 18 il əvvəl – 2007/08 mövsümündə qeydə alınıb. “Gənclərbirliyi” sülhsevməzlik nümayiş etdirib.
İlk belə seriyaya 1992-ci ildə “Neftçi” imza atıb – 14 qələbə, 1 məğlubiyyət.