“2-ci hissədə kreativliyi artırdıq və hücumda daha üstün olduq”

“Araz-Naxçıvan” premyer liqasının 3-cü turundan təxirə salınan oyunda səfərdə “Zirə”yə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “al qurdlar”ın baş məşqçisi Elmar Baxsıyev bunu deyib:

“Oyun gözlədiyimiz kimi ağır keçdi. Hər iki komanda meydanda yaxşı mübarizə apardı, dinamika yüksək idi. Yolumuza davam edirik. Qarşıdakı oyunu düşünürük. Komandamı qələbə münasibəti ilə təbrik edirəm.

Zədəli futbolçularımız da komandaya qoşulduqdan sonra daha yaxşı oyun nümayiş etdirəcəyik. Heç bir komandaya qarşı “ikinci” nömrə ilə oynamağı düşünmürük. Öz oyun üslubumuz var, onun üzərində dayanmışıq.

Birinci hissədə bəzi epizodlarda rəqib, bəzilərində biz üstünlük qazanırdıq. 2-ci hissədə kreativliyi artırdıq və hücumda daha üstün olduq. Bu gün mövsümün sonunu və ya avrokuboklarda oynamağı deyil, hər həftə keçirəcəyimiz oyunları düşünürük. Əgər mövsümün sonunda buna nail olacağıqsa, sevinərik”.

Həmin kateqoriyadan