- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın 2 qadın güləşçisi mübarizəyə başlayacaq.
Allsport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova 1/16 finalda Belarus təmsilçisi Natalya Varakina ilə, 65 kq-dakı Elis Manolova isə fransalı Kumba Larrokla üz-üzə-üzə gələcək.
Digər qadın güləşçi Alyona Kolesnik (59 kq) oktyabrın 6-da yarışa qoşulacaq.
Bu gün həmçinin sərbəst güləşçisi Turan Bayramov (70 kq) bürünc medal uğrunda qarşılaşmaya qatılacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.
Təsnifat mərhələsi saat 12:30-da, medal mücadələləri ilə saat 20:00-da start götürəcək.
Daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi – Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.