- Baxış sayı: 30
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bu gün kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçuları Türkiyə Super Liqasında çıxış etdikləri klublarda növbəti oyunlarını keçiriblər.
Allsport.az saytı xəbər verir ki, 10-cu turda Oleq Georgiyevskinin şərəfini qoruduğu «Trabzonspor», səfərdə qardaşı Sergeyin formasını geyindiyi «Antalya» komandası ilə qarşılaşıb.
Gərgin oyunda cənublular 1 top üstünlüyü ilə sevinən tərəf olublar – 28:27. Bu matçı Türkiyənin NTVSpor telekanalı canlı yayımlayıb.
Qələbəyə baxmayaraq, «Antalya» yarış cədvəlində aşağı pillələrdən qurtula bilməyib. Cənublular 6 xalla 12-ci yerdədir. Qaradənizlilər 8 xalla 8-cidir.