- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Bakı idman sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə yeniyetmə sərbəst güləşçilərin beynəlxalq turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan və Özbəkistandan 225 bahadır iştirak edib. Komanda hesabında Azərbaycan 1-ci, Rusiya 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub. Musa Ağayev ən ədalətli idmançı, Zaur Şərifov ən ədalətli hakim, Özbəkistan komandasının məşqçisi Uktam Tuyev isə ən ədalətli məşqçi nominasiyasında mükafatlandırılıblar.
45 kq
1. Musa Verdiyev (Azərbaycan)
2. Ayxan Abdullazadə (Azərbaycan)
3. Məhəmməd Əsgərov (Azərbaycan), Alibi Raximbayev (Qazaxıstan)
48 kq
1. Alimbek Pulatov (Qazaxıstan)
2. Cavid Cavadov (Azərbaycan)
3. Cəbrayıl Tulayev (Rusiya), Elşən Babayev (Azərbaycan)
51 kq
1. Musa Ağayev (Azərbaycan)
2. Adam Arxiyev (Rusiya)
3. Elcan Nadirli (Azərbaycan), Nihat Ağakişizadə (Azərbaycan)
55 kq
1. Riad Aslanov (Azərbaycan)
2. Nurəddin Novruzov (Azərbaycan)
3. Abdulrəhman İbrahimov (Azərbaycan), Ceyhun Allahverdiyev (Azərbaycan)
60 kq
1. Yeqor Arçuqin (Qazaxıstan)
2. Xızır Muçaxayev (Rusiya)
3. Kamal Qasımov (Azərbaycan), Məmməd Əhmədov (Azərbaycan)
65 kq
1. Ali Maxaçev (Rusiya)
2. Məmmədəli Quliyev (Azərbaycan)
3. Bekaris Tolegenov (Qazaxıstan), Əkbər Vəliyev (Azərbaycan)
71 kq
1. Namus Orucov (Azərbaycan)
2. İlyas Yerbolatov (Qazaxıstan)
3. Tornike Lobjanidze (Gürcüstan), Muzaev Cebir (Rusiya)
80 kq
1. Səbuhi Əmiraslanov (Azərbaycan)
2. Zəfər Əliyev (Azərbaycan)
3. Muslim Yusupov (Rusiya), Varis Mehdiyev (Azərbaycan)
92 kq
1. Yusif Dursunov (Azərbaycan)
2. Xəlil Allahverdiyev (Azərbaycan)
3. Nurdaulet Bekenov (Qazaxıstan), Deniyal İsayev (Rusiya)
110 kq
1. Səid-Həsən Axmatov (Rusiya)
2. Qiqa Şavadze (Gürcüstan)
3. Mirşat Yerqaşov (Özbəkistan), Murad Hüseynov (Azərbaycan)