- Baxış sayı: 44
- 20 Yanvar 2026 22:14
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

27 oktyabrda Serbiyanın Novı Sad şəhərində 23 yaşadək güləşçilərin dünya çempionatı sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizin şərəhini 27 idmançı və 3 beynəlxalq dərəcəli hakim qoruyub. Həmişə olduğu kimi bu dəfə də referilərimiz özlərini yaxşı tərəfdən göstəriblər.
2018-ci ildə Kaspiyskdə keçirilmiş böyüklərin Avropa çempionatından sonra ilk kərə yurd dışında belə nüfuzlu sınaqda Azərbaycanı 3 yüksək kateqoriyalı hakim – Asif Şirəiyev (İ-S), Kamran Əliyev (I) və Həbib Nurulu (I) təmsil edib. Adları son 2 çəkilən ədalət qoruyucuları olimpiya dərəcəsinə əsas namizədlərdəndir.
Yüksək bacarıq nümayiş etdirən hakimlərimiz Dünya Güləş Birliyinin növbəti dəfə etimadını qazanaraq, mərhələ görüşləri ilə yanaşı, final, yarımfinal və 3-cü yer uğrunda qarşılaşmalarda mərkəzdə və digər mövqelərdə yer alıblar.








