Olimpiya çempionu bu il 197 dəfə yol hərəkəti qaydalarını pozub. O, bütün cərimələri ödəyib

Fiqurlu konkisürmə üzrə olimpiya çempionu Alina Zagitova bu il 197 dəfə yol hərəkəti qaydalarını pozub. Allsport.az xəbər verir ki, onun yanvar – noyabr ayları arasında 2020-ci ilin “Porşe Makan” avtomobilinə 175 cərimə tətbiq edilib.

Həmçinin 2018-ci il istehsalı olan BMV X6 avtomobilini idarə edərkən 22 dəfə qayda pozub. İdmançı bütün cərimələri ödəyib.

Ümumilikdə, 22 yaşlı çempion 2019-cu ilin martından 2024-cü ilin noyabrına qədər 554 yol hərəkəti qaydası pozuntusu qeydə alınıb. O, 497 min rubl cərimə ödəyib.

Zagitova ən çox bu yol hərəkəti qaydalarını pozub:

1. Sürət həddini aşmaq — 401 dəfə;
2. Yol nişanların və ya işarələrin tələblərinə əməl edilməməsinə görə — 65 dəfə;

3. Səhv yerdə dayanma və ya park etmə – 18 dəfə;

4. Qadağan olunmuş yerdə sola və ya geri dönmə – 14;
5. Avtobus zolağında sürmək — 14.

Həmin kateqoriyadan