- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” pley-offda çox gözəl mübarizə apardı. Pley-offun ilk matçında həm hücumda, həm müdafiədə çox yaxşı təşkilatlanmışdıq. Amma ikinci görüşdə rəqibimiz yaxşı oynadı. Həmin gün xüsusilə hücumda çox pis çıxış etdiyimiz üçün məğlub olduq”.
Allsport.az xəbər verir ki, bunu “Xəzri”nin baş məşqçisi Murad Dikmən deyib.
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində 3-cü görüşdə “Sərhədçi”yə 91:70 hesabı ilə qalib gələrək yarımfinala yüksələn mütəxəssis bildirib ki, qarşılaşma çox çətin keçib: “Mental olaraq hər oyuna ayrı hazırlaşmaq lazımdır. Burada ssenarilər fərqli olur. Bu, hər iki komandanın hər şeyini ortaya qoyacağı bir matç idi. Rəqibin hansı hücum sistemində necə oynayacağını yaxşı bilirdik. Xüsusilə ilk hissədə müdafiədə möhtəşəm oynadıq. Böyük fasiləyə yollananda rəqib sadəcə, 30 xal toplamışdı. Bu da həqiqətən çox vacib bir şeydir. Müdafiədə yaxşı çıxış etməklə sükanı əlimizə aldıq. Ümumilikdə, qarşılaşmanın 39 dəqiqə 38 saniyəsini hesabda öndə oynamaq təşəbbüsün əvvəldən sonadək bizdə olduğunu göstərir. Yarımfinalda NTD-İndiqo ilə qarşılaşacağıq. Bu mərhələnin daha sərt keçəcəyini düşünürəm. Çünki hər komandanın çempionluq hədəfi var. Ümid edirəm ki, bundan sonra daha da yaxşı hazırlaşıb finala vəsiqə qazanarıq”.