23 dövlət qurumu əməkdaşından kimlər fərqləndi?

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub. Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi, Azərbaycan bilyard federasiyasının birgə təşkilatçılığı ilə kişilər və qadınlar arasında keçirilən yarışda 23 dövlət qurumundan 43 əməkdaş iştirak edib.

Qadınlar arasında Türkan İbadova (“İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsi) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. İlahə Hacıyeva və Fatimə Quliyeva (hər ikisi SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.

Kişilər arasında Elnur Quliyev (iqtisadiyyat nazirliyi) birinci olub. Fətəli Səfərov (nazirlər kabineti) yarışı ikinci, Toğrul Mahmudov (SOCAR) isə üçüncü pillədə başa vurublar.

Həmin kateqoriyadan