- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu həftə Topaz Premyer Liqasının 2014/15 mövsümünün ikinci yarısına start veriləcək. Allsport.az xəbər verir ki, 23-cü Azərbaycan çempionatının qarşıdakı 18 turu iştirakçı klublar üçün bir sıra yubileylərlə əlamətdar olacaq.
Belə ki, indiyədək baş tutan çempionatların ümumi turnir cədvəlinə əsasən 9 komanda müsbət və mənfi mənalı yubileylə qarşılaşa bilər.
Ümumilikdə isə 23 il əvvəl – 1992-ci ildə start götürən çempionatlarda indiyədək 57 komanda çıxış edib. Onlardan ikisi – “Neftçi” və “Qarabağ” bütün çempionatların iştirakçısı olub. Hər iki komanda yarışda 650-ci oyununu mövsümün ikinci yarısında keçirəcək.
yer | komandalar | O | Q | H | M | T/F | X |
1. | Neftçi (Bakı) | 640 | 381 | 142 | 117 | 1157 – 446 | 1285 |
2. | Qarabağ (Ağdam) | 641 | 339 | 153 | 149 | 934 – 537 | 1170 |
3. | Turan (Tovuz) | 584 | 250 | 112 | 222 | 723 – 690 | 862 |
4. | Kəpəz (Gəncə) | 482 | 239 | 92 | 151 | 849 – 541 | 809 |
5. | Bakı | 501 | 216 | 119 | 166 | 626 – 499 | 767 |
6. | İnter (Bakı) | 409 | 211 | 101 | 97 | 560 – 341 | 734 |
7. | Xəzər Lənkəran | 317 | 154 | 94 | 69 | 464 – 261 | 556 |
8. | Şəmkir | 248 | 132 | 40 | 76 | 393 – 284 | 436 |
9. | AZAL (Bakı) | 281 | 107 | 86 | 88 | 321 – 275 | 407 |
10. | Viləş (Masallı) | 268 | 119 | 41 | 108 | 309 – 341 | 398 |
11. | Qəbələ | 256 | 97 | 64 | 95 | 287 – 290 | 355 |
12. | Simurq (Zaqatala) | 256 | 83 | 77 | 96 | 264 – 282 | 326 |
13. | Xəzər (Sumqayıt) | 246 | 98 | 27 | 121 | 339 – 369 | 321 |
14. | ANS Pivani (Bakı) | 214 | 88 | 45 | 81 | 261 – 249 | 309 |
15. | MOİK (Bakı) | 306 | 66 | 60 | 180 | 225 – 489 | 258 |
16. | Kür-Nur (Mingəçevir) | 194 | 75 | 31 | 88 | 225 – 267 | 256 |
17. | Karvan (Yevlax) | 168 | 69 | 36 | 63 | 222 – 179 | 243 |
18. | Şahdağ (Qusar) | 251 | 59 | 48 | 144 | 222 – 441 | 225 |
19. | Şəfa (Bakı) | 216 | 61 | 22 | 133 | 220 – 336 | 205 |
20. | Xəzri (Buzovna) | 114 | 58 | 29 | 27 | 155 – 95 | 203 |
21. | Pambıqçı (Bərdə) | 166 | 52 | 25 | 89 | 141 – 224 | 181 |
22. | İnşaatçı (Bakı) | 108 | 41 | 23 | 44 | 112 – 112 | 146 |
23. | MKT-Araz (İmişli) | 84 | 37 | 22 | 25 | 86 – 77 | 133 |
24. | Xəzər (Lənkəran) | 110 | 36 | 25 | 49 | 114 – 119 | 133 |
25. | Bakılı | 144 | 31 | 23 | 90 | 117 – 250 | 116 |
26. | Azəri (Bakı) | 86 | 33 | 14 | 39 | 102 – 125 | 113 |
27. | Rəvan (Bakı) | 100 | 26 | 25 | 49 | 107 – 156 | 103 |
28. | Sumqayıt | 116 | 24 | 27 | 65 | 101 – 189 | 99 |
29. | Standard (Sumqayıt) | 84 | 27 | 17 | 40 | 101 – 101 | 98 |
30. | Muğan (Salyan) | 90 | 25 | 19 | 46 | 72 – 120 | 94 |
31. | Daşqın (Zaqatala) | 56 | 28 | 6 | 22 | 76 – 63 | 90 |
32. | Gənclərbirliyi (Sumqayıt) | 110 | 22 | 20 | 68 | 91 – 214 | 86 |
33. | Kürmük (Qax) | 84 | 23 | 15 | 46 | 98 – 190 | 84 |
34. | Göyəzən (Qazax) | 98 | 21 | 17 | 60 | 63 – 153 | 80 |
35. | Avey (Ağstafa) | 56 | 23 | 7 | 26 | 51 – 68 | 76 |
36. | İnşaatçı (Sabirabad) | 54 | 19 | 12 | 23 | 51 – 64 | 69 |
37. | Pambıqçı (Neftçala) | 82 | 15 | 13 | 54 | 82 – 200 | 58 |
38. | Plastik (Salyan) | 38 | 18 | 2 | 18 | 42 – 60 | 56 |
39. | Azneftyağ (Bakı) | 54 | 16 | 8 | 30 | 50 – 77 | 56 |
40. | Ədliyyə (Bakı) | 60 | 14 | 12 | 34 | 45 – 106 | 54 |
41. | Avtomobilçi (Yevlax) | 68 | 15 | 9 | 44 | 46 – 145 | 54 |
42. | Şirvan (Şamaxı) | 38 | 16 | 2 | 20 | 42 – 64 | 50 |
43. | Fərid (Bakı) | 30 | 13 | 8 | 9 | 45 – 28 | 47 |
44. | Çıraqqala (Siyəzən) | 38 | 15 | 2 | 21 | 29 – 56 | 47 |
45. | Ümid (Cəlilabad) | 54 | 12 | 7 | 35 | 53 – 116 | 43 |
46. | Karat (Bakı) | 34 | 12 | 4 | 18 | 37 – 59 | 40 |
47. | Araz-Naxçıvan | 42 | 10 | 8 | 24 | 38 – 88 | 38 |
48. | Masallı | 26 | 8 | 6 | 12 | 30 – 40 | 30 |
49. | Ümid (Bakı) | 24 | 7 | 4 | 13 | 23 – 50 | 25 |
50. | Energetik (Əli-Bayramlı) | 38 | 7 | 3 | 28 | 25 – 82 | 24 |
51. | Bozqurd (Samux) | 18 | 4 | 6 | 8 | 19 – 30 | 18 |
52. | Dalğıc ADNŞ (Bakı) | 32 | 4 | 4 | 24 | 18 – 80 | 16 |
53. | Lokomotiv (İmişli) | 26 | 4 | 0 | 22 | 17 – 37 | 12 |
54. | ABN-Bərdə | 26 | 2 | 6 | 18 | 12 – 53 | 12 |
55. | Şirvan (Kürdəmir) | 38 | 3 | 1 | 34 | 10 – 72 | 10 |
56. | Şahdağ (Quba) | 20 | 0 | 1 | 19 | 5 – 27 | 1 |
57. | Gənclik (Nəvahi) | 38 | 0 | 0 | 38 | 0 – 0 | 0 |
Qeyd edək ki, Qızıl oyunlar, həmçinin yarımfinal və final matçlarının nəticələri nəzərə alındığı cədvəl qələbəyə görə 3 xal prinsipi ilə tərtib olunub. Texniki nəticələr top fərqində hesablanmayıb. Hər hansı komandanın çempionatdan çıxdığı üçün ləğv olunan nəticələr, həmçinin digər səbəblərdən qeydə alınmayan hesablar cədvəldə əks olunmayıb. Yalnız 1992-ci ildə “Gənclik” və “Şirvan” (Kürdəmir) klublarının oyunlarında bu prinsipə əməl olunmayıb. Həmin vaxt birincilərin mövsüm boyu bütün oyunlarında, “Şirvan”da isə final mərhələsində bütün matçlarda texniki məğlubiyyət verilsə də, bu top fərqində əks olunmurdu. Həmin 52 qarşılaşma cədvəldə də top fərqində əks olunmayıb. Yarımçıq qalan 2001/02 mövsümü çempionat dayandırılana qədər olan göstəricilər nəzərə alınıb.