- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 167
- Fevral 08, 2026
- 0

Aprelin 24-də Milli gimnastika arenasında qadın voleybolçular arasında Azərbaycan çempionatının finalının cavab matçı keçirildi. Allsport.az saytı xəbər verir ki, ilk qarşılaşmada 3:0 qalib gələn “Abşeron”, növbəti görüşdə 1:3 uduzaraq, yüksək liqanı 2-ci yerdə bitirdi.
Bağlanış mərasimində Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış etdi: “Çox möhtəşəm oyun izlədik. Hər 2 klub yüksək ustalıq nümayiş etdirdi.
Bugünkü rəqabət ölkə çempionatının səviyyəsinin yüksək olmasından xəbər verir. “Azərreyl” əvəz oyunda xarakter göstərdi”.