Çex həmkarı ilə görüşdə nələri müzakirə etdi?

Avropa Gimnastika konqresi ərəfəsində gənclər və idman naziri Fərid Qayıbov, Çex Respublikasının milli idman agentliyinin sədri Ondrej Şebek ilə ikitərəfli görüş keçirib.

Allsport.az saytı xəbər verir ki, söhbət zamanı hər iki ölkədə həyata keçirilən irimiqyaslı idman layihələri, qarşılıqlı təlim-məşq toplanışlarının təşkili və idman sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin anti-dopinq sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Həmçinin, Bakı-2026 “Dünyanın idman paytaxtı” çərçivəsində tədbirlərdə çex nümayəndələrinin iştirakı barədə də fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan