- Baxış sayı: 167
- 11 Fevral 2026 20:49
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Amerikalı tennisçi Kristofer Yubanks karyerasını bitirib.
Allsport.az xəbər verir ki, o, bu xəbəri sosial mediada açıqlayıb.
29 yaşlı tennisçi yazıb: “Dünyanı gəzmək və inanılmaz əlaqələr qurmaq, eyni zamanda peşəkar tennis oynamaq kimi ömürlük arzumu gerçəkləşdirmək fürsətim oldu. Nə qədər xoşbəxt olduğumu ifadə edə bilmərəm”.
Yubanks hazırda ATP reytinqində 266-cı yerdədir.