- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İ-S dərəcəli hakim Asif Şirəliyevə Gürcüstan güləş federasiyasından dəvət gəlib. Allsport.az saytı xəbər verir ki, o bu ölkədə 23 yaşadək sərbəst usulla çıxış edənlərin ölkə çempionatında supervayzer olacaq. Bu, qonşularımızın ona 4-cü etimadıdır. Həmyerlimiz öncələr 3 dəfə ustaların Gürcüstan çempionatında baş hakim olub. Qarşı tərəf prinsipal görüşlərdə bitərəf referilərin olmasında maraqlıdır.
Asif Şirəliyevə ötən ay da dəvət gəlmişdi. O, 2-4 noyabrda Krasnoyarskda 3-qat olimpiya, 6-qat dünya və 6-qat Avropa çempionu Buvaysar Saytiyevin şərəfinə keçirilən sərbəst güləşçilərin U-15 beynəlxalq yarışında UWW nümayəndəsi olub.
Həmyerlimiz qonşu ölkədə yeganə azərbaycanlı olmayacaq. Ona 1-ci dərəcəli Sədi Quliyevlə 2-ci kateqoriyalı Abdul Nuriyev yoldaşlıq edəcək. Yeri gəlmişkən, adı ilk çəkilən referi olimpiya statusu almağa namizədlər siyahısındadır.