3 oyun cəza verildi

“Nottingem Forest”in baş məşqçisi Nuno Eşpirito Santo 3 oyunluq cəzalanıb. Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis premyer liqanın 5-ci turunda “Brayton”la oyunda (2:2) qırmızı vərəqə aldığı üçün cəzalandırılıb. Həmin matçda hakim final fitindən sonra hər iki komandanın məşqçilərinə qırmızı vərəqə göstərmişdi. Ancaq “Brayton”un baş məşqçisi Fabian Hurtceler 8,000 funt sterlinq cərimə ilə xilas olsa da, Nuno komandasının növbəti üç matçını buraxmalı və həmçinin 55,000 funt sterlinq cərimə ödəməli olacaq.

Nunuya daha ağır cəza verilməsi onun eyni vaxtda ehtiyat hakimi təhqir etməsi ilə izah olunur.

Həmin kateqoriyadan