33 yaşlı futbolçunun 21 yaşlı qızı – FOTO

Kolumbiya millisinin və “Atletiko Nasional”ın yarımmüdafiəçisi Edvin Kardona futbol karyerasından daha çox qeyri-adi ailə tarixçəsi ilə gündəmə gəlib.

Allsport.az xəbər verir ki, 33 yaşlı oyunçunun böyük qızı Ananın 21 yaşı var. Bu isə o deməkdir ki, Edvin 11 yaşında ata olub.

Qızın anası Karolina həmin vaxt 14 yaşında olub. Cütlüyün hələ də birlikdə olduğu və daha iki övladının (14 yaşlı Mariya və 11 yaşlı Emiliano) olduğu bildirilir.

Ana Kardona sosial şəbəkə hesabında övladlığa götürülmədiyini və Edvinin onun bioloji atası olduğunu təsdiqləyib. Futbolçu özü isə ağır uşaqlıq illəri keçirdiyini, vaxtilə bənna, taksi sürücüsü və meyvə satıcısı kimi çalışdığını qeyd edib.

Həmin kateqoriyadan