37 yaşında basketbolla vidalaşdı

Milli basketbol assosiasiyasının (NBA) üçqat çempionu Denni Qrin təqaüdə çıxmaq qərarına gəlib.

Allsport.az xəbər verir ki, bu barədə 37 yaşlı basketbolçu açıqlama verib:

“Bu günün gələcəyini bilsəm də, bu sətirləri yazacağımı heç düşünmürdüm. Həyatım bu oyunla bağlı idi, məhz basketbol sayəsində inanılmaz insanlarla tanış oldum. Mənə dəstək verən insanlar olmasaydı, bunlara nail ola bilməzdim. Mən sizin sayənizdə bu yerlərə çatmışam və bunun üçün sizə təşəkkür edirəm!”

Denni “San Antonio Spurs”, “Toronto Raptors” və “Los Anceles Leykers” NBA çempionu olub.

Həmin kateqoriyadan