Liderlərin savaşı “Qəbələ” və “Qarabağ”ın qələbəsi ilə bitdi

Topaz Premyer Liqasında 8-ci tur həyəcanı davam edir. Allsport.az xəbər verir ki, ikinci oyun günündə iki prinsipial görüş baş tutub.

Belə ki, “Neftçi” “Qəbələ”ni, “Qarabağ” isə “Zirə”ni qəbul edib. Qeyri-sabit çıxışı ilə diqqət çəkən “ağ-qaralar” liderlər qrupundan ayrı düşdüyündən ikinci pillədə qərarlaşan “Qəbələ”ni mütləq məğlub yola salmalıydı. Amma buna nail olmaq Samir Əliyevin kollektivi üçün heç də asan deyildi. Çünki Avropa Liqasının qrup mərhələsində çıxış edən Roman Qriqorçukun komandası bu mövsüm daha iddialı təsir bağışlayır. Elə gözlənildiyi kimi, bu görüşdə məhz bölgə klubu qalib gəldi. Son dəqiqə qolu ilə məğlub olan bakılıların baş məşqçisi Samir Əliyev isə görüşdən sonra istefa vermək istədiyini açıqladı.

“Qəbələ” və “Neftçi”dən fərqli, “Qarabağ”la “Zirə” indiyədək qarşılaşmamışdılar. Amma bu görüşə kifayət qədər böyük maraq vardı. Çünki hər iki komanda hazırda liderlər qrupunda qərarlaşmışdı. Ağdam klubu ilk pillədə yer alırdısa, zirəlilər bu komandadan cəmi iki xal geri qalırdı və üçüncü sıradaydı. Maraqlıdır ki, həm Qurban Qurbanovun, həm də Adil Şükürovun kollektivi hələ cari mövsümdə məğlubiyyətlə üzləşməmişdi. Bir sözlə, bu görüş iki məğlubiyyət tanımayan komandanın dueli kimi qiymətləndirilirdi. Məğlubedilməzlərin duelində sevinən tərəf son çempion oldu. Özü də ağdamlılar zirəlilərə böyük hesabla qalib gəldilər.

Topaz Premyer Liqası
8-ci tur
17 oktyabr (şənbə)

“Neftçi” – “Qəbələ” – 0:1 (0:1)
Qol: A.Antonov, 90 (0:1).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

“Neftçi”: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 3. Filyo Jayro Rodriqes, 6. Aylton Silva, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Mixal Peskoviç, 8. Elşən Abdullayev, 5. Xuan Alberto, 26. Kamal Qurbanov, 20. Antonio Kinta, 41. Aqşin Qurbanlı, 95. Elvin Bədəlov.
Baş məşqçi: Samir Əliyev.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 25. Qismət Alıyev, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.

“Qarabağ” – “Zirə” – 4:1 (3:1)
Qollar: S.Armenteros, 4 (1:0). S.Armenteros, 15 (2:0). R.Almeyda, 25 (3:0). İ.İvanoviç, 34 (3:1). R.Almeyda, 83-pen. (4:1).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (k), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əlhərbi Əl Jadeyui, 70. Çumbinyo, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 8. Migel Madera, 22. Əfran İsmayılov, 23. Vladimir Dimitrovski, 29. Raydell Pupon, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 2. Çimezi Mbah, 8. Tərzin Cahangirov, 11. Viktor İqbekoyi, 32. Luis Alberto Dies, 27. Rəşad Abdullayev (k), 10. İqor İvanoviç, 7. Rihayro.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Ruslan Poladov, 28. Təmkin Xəlilzadə, 6. Hacı Əhmədov, 9. Nelson Bonilya, 96. Elgün Nəbiyev, 90. Vüsal İsgəndərli.
Baş məşqçi: Adil Şükürov.

Turun digər oyunları: “Rəvan” – “Kəpəz” – 0:2. 18 oktyabr (18:00. “Xəzər Lənkəran” – AzAL, 20:00. “Sumqayıt” – “İnter”).

Bombardirlər:
5 – Riçard Almeyda (“Qarabağ”)
4 – Aleksey Qay (“Qəbələ”), Samuel Armenteros (“Qarabağ”), Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan