- Baxış sayı: 67
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Men adasında “FIDE Grand Swiss 2019”un 4-cü turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, şahmatçılarımızdan bu partiyalarda ancaq Nicat Abbasov (2632) sevinib. O, qararla fransalı Mari Sebaqı (2445) üstələyib.
Rauf Məmmədov (2645) ABŞ təmsilçisi Nakamura Hikaru (2754) ilə xalı yarıya bölüb. Vasif Durarbəyli (2617) ağ fiqurlarla israilli Maksim Rodşteynlə (2684) heç-heçə edib. Eltac Səfərli (2593) ukraynalı Yuri Krivoruçka (2669) uduzub.
Raufla Nicatın 2,5; Eltacla Vasifin 2 xalları var. İddiaçılar turnirinə vəsiqə qazandıracaq bu mücadilənin mükafat fondu 432 min 500 dollardır. 11 turdan ibarət yarış oktyabrın 21-dək davam edəcək.