- Baxış sayı: 81
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Sentyabrın 16-də U-14 və U-17 yeniyetmələr arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçirilib.
Allsport.az xəbər verir ki, turnirdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, və Laçından 42 cüdoçu mübarizə aparıb.
Ağdam olimpiya idman kompleksində baş tutan yarışda 9 çəki dərəcəsində qalib və mükafatçılar bəlli olub.
Region birinciliklərinin keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Həmçinin, U-17 üzrə birinciliklər milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırır.
Qalib və mükafatçıları təqdim edirik:
U-14 yaş kateqoriyası
38 kq
1. Röyal İsmayılov (Şahin 313 İK)
2. Camal Şərifov (ACF)
42 kq
1. Nihat Qasımlı (Qarabağ Sport Klub)
2. Ülvi Həsənli (Laçın)
46 kq
1. Coşqun Məmmədli (Laçın)
2. Ayxan Cavadzadə (Qarabağ Sport Klub)
50 kq
1. Fərid Səmədli (Qarabağ Sport Klub)
2. Nihad Məmmədov (Laçın)
3. Yusif Ağayev (Laçın)
55 kq
1. Kənan Ağazadə (Ağcabədi)
2. Yusif Sarızadə (Laçın)
U-17 yaş kateqoriyası
50 kq
1. Elçin Məmmədov (Şahin 313 İK)
2. Ramal Qənbərov (Şahin 313 İK)
3. Qurban Abbasov (Ağcabədi)
3. Çingiz Axundov (Laçın)
55 kq
1. Ömər Kərimli (Qarabağ Sport Klub)
2. Xətai Şirinov (Laçın)
60 kq
1. Səid Əliyev (Qarabağ Sport Klub)
2. Ülvi Abbaszadə (Ağdam)
3. Elvin Məmmədli (RM 2025)
66 kq
1. Rufan Balakişiyev (Şahin 313)
2. Şakir Məmmədov (Laçın)