45-ci şahmat olimpiadası başlayır. Qadınlar əmsalda 6-cı, kişilər 12-cidir

Bu gün Macarıstanın paytaxtı Budapeştdə 45-ci ümumdünya şahmat olimpiadasının açılış mərasimi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, kişilərin mübarizəsində 197, qadınlarda 184 ölkənin komandası mübarizə aparacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcək. Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək. Kişi şahmatçılardan ibarət komanda reytinqə əsasən 12-ci yerdədir.

Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq. Komanda reytinqə əsasən 6-cı pillədədir.

Həmin kateqoriyadan