Elbrus Məmmədov hansı rəqiblərdən xal götürməyə ümid edir?

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Premyer Liqanın 32-ci turunda AzAL-a qarşı keçirdikləri oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən görüşdən sonra bunu deyib:

“İkinci hissəyə səhvlə başladıq. Nəticədə, qapımızda qol gördük. Buraxılan qolun əvəzini çıxmağa çalışsaq da, bacarmadıq. Rəqibi təbrik edirəm. Onlara uğurlar arzulayıram. Qarşıda bizi “Kəpəz” və “Sumqayıt”la ev oyunları gözləyir. Əsas ümidimiz həmin oyunlaradır. Yaxşı çıxış edib, Premyer Liqadakı yerimizi qorumağa çalışacağıq”.

Həmin kateqoriyadan