- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Dünən təlim-məşq toplanışı üçün Avstriyaya yollanan “Qarabağ”ın axşam saatlarında məskunlaşacağı otelə çatdığını və axşam yeməyindən sonra istirahətə çəkildiyini xəbər vermişdik. Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi bu gündən etibarən məşqlərə start verib.
Futbolçularımız bu gün yerli vaxtla 12:00-da (Bakı vaxtı ilə 14:00) ilk məşqinə çıxıb. İlk məşq fitnes zalında baş tutub. Komandanın trenajor məşqləri bir saat davam edib.
Əvəzedici heyətin bir neçə üzvü də təlim-məqş toplanışında iştirak edir. Onu da qeyd edək ki, fərqli milli komandalarda forma geyinən futbolçular iyunun 19-da təlim-məşq toplanışına yollanacaq. Komandanın 3 legioner futbolçusu: Reynaldo Silva, Riçard Almeyda və Migel Madera isə bu gün komandaya qoşulacaq.
“Qarabağ”ın növbəti məşqi bu gün axşam saatlarında reallaşacaq. Yerli vaxtla 19:00-da start götürəcək məşq səhərkindən fərqli olaraq meydançada baş tutacaq.