- Baxış sayı: 70
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 180
- Dekabr 05, 2025
- 0

Növbəti mövsümə hazırlığı davam etdirən “İnter” bu gün səhər saatlarında Türkiyəyə yola düşüb. Allsport.az saytı xəbər verir ki, Bakı-İstanbul-Ankara reysilə qardaş ölkəyə yollanan paytaxt klubu Qızılcahamam rayonunda yerləşən “Cam” mehmanxanasında məşkunlaşacaq.
Komanda toplanışda 4 yoxlama matçı keçirməyi planlaşdırır. İyulun 14-də “İnter” Türkiyə Super Liqasının təmsilçisi “Qasımpaşa” ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 18.00-da baş tutmalıdır.
“Ağlar” iyulun 18, 22 və 25-də də yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblər hələlik, məlum deyil. Qeyd edək ki, “İnter” Türkiyə toplanışını iyulun 26-da yekunlaşdıracaq