- Baxış sayı: 232
- 02 Dekabr 2025 12:37
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Xankəndi şəhər stadionunda III MDB oyunları çərçivəsində kamandan oxatma yarışlarına start verilib.
Allsport.az xəbər verir ki, bu gün keçirilən təsnifat mərhələsində qadınlar və kişilər üzrə idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.
İdmançılarımız Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bundan başqa, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar.
Sabah, yarışların ikinci günündə 1/8 final, 1/4 final və yarımfinal mərhələləri keçiriləcək.