- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.
Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi ilə 6 idmançıyla qatılan yığmamız, 5 medal qazanıb. Bu, güləşin bu növündə U-23 Avropa çempionatlarında medal sayına görə rekord göstəricidir.
Martın 11-də səhər saatlarında komandamız vətənə qayıdıb. Heydər Əliyev beynəlxalq aeroportunda onları məşqçilər, digər yığma üzvləri və idmançıların yaxınları qarşılayıblar.