- Baxış sayı: 50
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0
Xəbər verdiyimiz kimi, Bakının qadın həndbolçulardan ibarət ABU klubu Cağırış kubokunun 1/16 finalında Polşanın “Kram Start Elblag” klubu ilə görüşəcək. Allsport.az saytı xəbər verir ki, razılığa əsasən, hər 2 qarşılaşma 10-11 fevralda rəqib meydanında baş tutacaq. Ölkə çempionu “ABU-arena”da bu görüşə hazırlığını davam etdirir.
Matçı serbiyalı hakimlər Marko Sekuliç və Vladimiq Yovandiç idarə edəcəklər. EHF nümayəndəsi rüsiyalı Lüdmila Bodniyeva olacaq. Xatırladaq ki, ilk mərhələdə qızlarımız paytaxtda hər 2 oyunda Belçikanın “Femina Vise” komandasını üstələmişdi.