- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Türkiyənin Antalya şəhərində G1 kateqoriyalı yarış başa çatıb. Allsport.az saytı xəbər verir ki, klublar arasında 2-ci Avropa çempionatında ölkəmizi 7 klubdan 53 taekvondoçu təmsil edib.33 ölkədən 651 idmançının qatıldığı çempionatda klublarımızın taekvondoçuları 5 qızıl,3 gümüş və 6 bürünc, ümumilikdə 14 medal qazanıb.
Yarışa qatılan idmançılarımızdan Zəlimxan Rəsulov (63 kq; Neftçi İSM),Kamil Adbulrazakov (59 kq; Savalan), İlham Əliyev (45 kq; Sumqayıt TİM), İlayda Kardelen (44 kq), Gülhanım Yaşıldal (55 kq; Gilan) qızıl medal, Radik İsayev (87 kq; Gilan), Təhminə Hüseynli (44 kq; Sumqayıt Tİ.M), Məmmədəli Quliyev (55 kq; Neftçi İSM) gümüş medal, Rəvan Hüseynov (48 kq; Sumqayıt TİM), Rafaella Hüseynova (59 kq; Sumqayıt TİM), Minayə Əkbətova (33 kq; Gömrükçü), Əli İsazadə (45 kq; Gömrükçü), Məhəmmədyasin İbrahimov (58 kq; Savalan), Patimat Abakarova (49 kq; Savalan) bürünc medala sahib çıxıb.
Klublar arasında oğlanlarda Neftçi İ.S.M 2-ci, qızlarda Gilan 2-ci, Sumqayıt T.İ.M isə yarışı 3-cü yerdə başa vurub.
Bir gün sonra isə 28-30 tarıxlərində Dünya Taekvondo Federasiyası (DTF) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfində təşkil edilən G1 kateqoriyalı “TURKİSH OPEN”-də,klublardan yalnız Neftçi İ.S.M,Gilan T.K-nın üzvləri Milli komandanın tərkibində qüvvələrini sınayacaq.