- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün və sabah 6-cı Beynəlxalq “Baku Open” turniri keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda karateçilərimizlə birgə Türkiyə, Rusyia, İran, Özbəkistan, Qazaxıstan və Gürcüstandan idmançılar iştirak edirlər.
Şənbə günü kişilər -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq çəkilərdə, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəki dərəcələrində döyüşürlər. Ertəsi gün yeniyetmə və gənclər yarışa qatılacaqlar.
Yeniyetmələrdən oğlanlar -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq çəkilərdə, qızlar -47 kq, -54 kq, +54 kq çəki dərəcələrində tatamiyə çıxacaqlar. Gənclərdən oğlanlar -55 kq, -61 kq, -68 kq, -76 kq və +76 kq çəkilərdə, qızlar isə -48 kq, -53 kq, -59 kq və +59 kq çəki dərəcələrində yarışda iştirak edəcəklər.
Turnirin təntənəli açılış mərasimi 11 aprel saat 17:00-a təyin edilib. Əvvəlki yarışlardan fərqli olaraq bu dəfə veteranlar arasında da turnir keçiriləcək. Onlar 40-50 yaş arası və 50 yaşdan yuxarı kateqoriyalarında mübarizə aparacaqlar.
6-cı Beynəlxalq “Baku Open” turniri “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir. Turnir federasiyanın saytı vasitəsilə canlı yayımlanacaq. Yarışın təntənəli açılış mərasimi və ilk günün final görüşləri “İdman Azərbaycan” telekanlı ilə birbaşa efirə veriləcək.