- Baxış sayı: 417
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Bermudlar olimpiya çempionluğu qazanan ən azsaylı əhaliyə malik ölkə olub. Allsport.az saytı xəbər verir ki, cəmi 63 min sakini olan ada ilk uğuruna Tokio-2020-də yetişib.
Qadın triatlonçularda Flora Daffi qızıl medala yiyələnib. O, üzmədə 1,5 km, veloyürüşdə 40 km və qaçışda 10 km nəticə göstərib. 34 yaşlı idmançı məsafəni 1 saat 55 dəqiqə 36 saniyə qət edib.
Bunadək Bermud adaları olimpiadada yalnız 1 bürünc qazanıb: Monreal-1976.