- Baxış sayı: 37
- 25 Fevral 2026 23:30
- Baxış sayı: 142
- Fevral 25, 2026
- 0

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 72 nəfər barəsində həbs qərarı çıxarılıb.
Allsport.az xəbər verir ki, Antalya mərkəzli araşdırmalar nəticəsində üç gizli ofisdən idarə olunan şəbəkə ifşa edilib. Şübhəlilərin bank hesablarında 66 milyon avro dəyərində qanunsuz pul dövriyyəsi aşkar olunub.
Türkiyə futbolunda mərc qalmaqalı artıq idarəçilik sisteminə də sirayət edib. İstintaq çərçivəsində 353 regional hakim və 75 regional müşahidəçi peşəkar futbol intizam komitəsinə (PFDK) cəlb olunub. Proses artıq bir çox hakim, futbolçu və klub rəsmisinin həbsi, həmçinin lisenziyaların ləğvi ilə nəticələnib.