Ölkə çempionatının püşkü atıldı

Orxan Abbasov: İslamiadada qadın millimizin qalib gəlməsi həndbolun inkişafına böyük təkan verəcək

Bu gün «ABU-Arena»nın konfrans zalında 25-ci həndbol çempionatının püşkü atıldı. Allsport.az saytının məlumatına görə, bu dəfə yarış bir çox əlamətdar hadisələrlə yadda qalacaq. Belə ki, rəqabət ilk dəfə peşəkar qaydalar əsasında təşkil olunacaq: çempionatda lisenziya alan klublar iştirak edəcək. Qadınların mübarizəsində 6, kişilərdə 4 komanda çıxış edəcək. AHF-in idman şöbəsinin müdiri İsgəndər Əsgərovun sözünə görə, ilk dəfə yarış tək paytaxtda deyil, əyalətlərdə də keçiriləcək. Mingəçevir «Nur»u rəqiblərini evdə qəbul edəcək. Yarış oktyabrda başlayacaq, mayda bitəcək. Çempionatın açılışı ayın 7-də olacaq. Dekabrda kubok mücadiləsinə start veriləcək.

Federasiyanın vitse-prezidenti Orxan Abbasov çıxışında bildirdi ki, ölkədə 190 əl topu ustasından 53-ü legionçudur, 24 məşqçidən yalnız 3-ü əcnəbidir. İslamiadada qadın millimizin qalib gəlməsini xatırladan dövlət rəsmisi, bu uğurun həndbolun inkişafına böyük təkan verəcəyini söylədi.
AHF-in baş katibi Yusif Atakişiyev apellyasiya komissiyasinın yaradılmasını elan etdi. Qurumunda say tərkibi 9 nəfər oldu. Onlardan 5-i hər çempionat oyununa təhkim olunacaq. Mayda ümummilil lider Heydər Əliyevin xatirəsinə beynəlxalq yarış keçiriləcək. Sonda puşk atıldı və ilk turda hansı klubların üz-üzə gələcəyi müəyyənləşdi:

7 oktyabr, 1-ci tur

Kişilər
12:00 RİOEUGİM – «Təhsil»
14:00 «Bakı» – «Məhsul»

Qadınlar
13:00 «Qarabağ» – «Azəryol»
15:00 «Gənclər Birliyi» – AzDBTİA
18:00 «Azərsu» – «Nur»

Həmin kateqoriyadan