- Baxış sayı: 29
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Bu gün “ABU arena”da həndbol üzrə 25-ci ölkə çempionatı start götürdü. Allsport.az saytı xəbər verir ki, ilk dəfə qadınlar mübarizəyə 6 komanda ilə başladı. Gərgin rəqabətdə 1-ci turdan gözlənilməz nəticə qeydə alındı.
Ötən mövsümün sonunda ABU adını “Azəryol”a dəyişən titullu klubumuz cari mövsümdə güclənən “Qarabağ”a yenildi – 24:25.
Günün son matçında son Azərbaycan çempionu və yeganə bölgə komandası “Nur” səfərdə “Azərsu” ilə qarşılaşdı. Bu görüşdə üstün oynayan debütant ölkəmizi EHF kubokunda təmsil edən kollektivi 30:26 hesabı ilə məyus etdi. Sabah “Gənclər Birliyi” ilə AzDBTİA üz-üzə gələcəklər.
Kişilərin 4 komandalı mücadiləsində “Məhsul” Bakının eyni adlı klubunu üstələyib – 29:24. Oktyabrın 8-də RİOEUGİM və “Təhsil” qarşılaşacaqlar.