- Baxış sayı: 42
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Ötən gecə “Nyu-York Reyncers” və “Florida Panters” arasında NHL-in müntəzəm mövsüm oyunu baş tutub. Allsport.az xəbər verir ki, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Floridalıların qapıçısı Sergey Bobrovski onun qapısına gələn 25 zərbədən 24-nün qarşısını alıb. Bobrovski üçün bu qələbə 400-cü olub. Bunun üçün ona 707 oyun bəs edib.
Beləliklə, rusiyalı hokkeyçi NHL tarixində 400 qələbəyə ən tez çatan qapıçı olub. O, həm də NHL tarixində 400 qələbə qazanan ilk rusiyalı qapıçı statusuna da yiyələnib.