- Baxış sayı: 27
- 27 Mart 2026 11:18
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Ölkə başçısı İlham Əliyev sərbəst güləş üzrə dünya çempionu Aydın İbrahimovla bağlı sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə ona prezidentinin fərdi təqaüdü veriləcək.
Həmyerlimiz 2 dəfə Avropa çempionatının qalibi olub. O, Tokio-1964 olimpiya oyunlarında bürünc medalçısıdır. Nailiyyətlərinə görə SSRİ-nin əməkdar idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim adlarını alıb.
Aydın İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.
Gəncə güləş məktəbinin yetirməsi ötəl il 80-illik yubileyini qeyd edib.