“87 kq-da güclü güləşçilərimiz olduğundan, çəkimi 10 kq salmağa qərar verdim”

Bolqarıstan paytaxtı Sofiyada güləş üzrə dünya olimpiya təsnifatında finala çıxmaqla karyerasında ilk dəfə olimpiya oyunlarına vəsiqə qazanan Rafiq Hüseynov (77 kq), sevincini Dünya güləş birliyinin saytına bölüşüb. Allsport.az xəbər verir ki, o, həlledici görüşün çətin keçdiyini deyib:

“Bu qələbə mənim üçün çox çətin oldu, çünki rəqibim məşhur güləşçi – dünya və Avropa çempionu idi. Bu görüşü qazandığıma görə çox xoşbəxtəm. Tokio-2020 ilk olimpiadamdır və daha yaxşı olacağımı düşünürəm.

82 kq-da gümüş mükafatçı, Avropa çempionu-2020-nin qalibiyəm. 2014-cü ildən bəri, 7 il sonra bu kateqoriyada ilk yarışımdır. Artıq 33 yaşım var. Bu turnir üçün 12 kq çəki saldım, amma olimpiadaya yaxşı çıxacağam.

2020-ci ilin mart ayında çox güclü idim, amma sonra COVİD oldu. Gözləməli olduq. 87 kq-a qədər qaldırmağa çalışdım, amma bu çəkidə güclü güləşçilərimiz var. Buna görə də 77 kq-a qədər salmağa qərar verdim”.

Həmin kateqoriyadan