9 nəfərə 9 medal

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türkdilli dövlətlərin III universiadasında Azərbaycan cüdoçuları uğurlu çıxış ediblər.

Allsport.az saytı xəbər verir ki, yarışa yollanan 9 idmançımızın hər biri medal qazanıb. Təmsilçilərimiz multi-idman turnirində 4 qızıl, 3 gümüş və 2 bürünc medala yiyələniblər.

Nurlan Kərimli (66 kq), Cəsur İbadlı (90 kq), Könül Əliyeva (48 kq) və Südabə Ağayeva (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bahadır Feyzullayev (60 kq), Mehdi Abbasov (81 kq), Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (73 kq) və Əli Qazıməmmədov (100 kq) bürünc medallara sahib çııxblar.

Cüdo seçməmiz yekunda 9 medalla komanda hesabında 3-cü yeri tutub.

Həmin kateqoriyadan