- Baxış sayı: 81
- 17 Mart 2026 19:27
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

Azərbaycan atletika federasiyasının nümayəndələri istedadlı uşaqların müəyyən edilməsi məqsədilə keçirilən layihə çərçivəsində respublikanın müxtəlif bölgələrinə səfər ediblər.
Allsport.az xəbər verir ki, oktyabrın 3-dən 14-dək Yardımlı, Lerik, Zaqatala, Balakən və Qax rayonlarında məktəblilərin idman qabiliyyəti mütəxəssislər tərəfindən yoxlanılıb. Layihə çərçivəsində ümumilikdə 1000-ə yaxın şagird nəzərdən keçirilib.
Seçilən məktəblilər federasiya tərəfindən nəzarətə götürüləcək və onların inkişafının təmin olunması üçün lazımi tədbirlər həyata keçiriləcək.