- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın fəxri prezidenti Abdulbari Gözəl komandanın çıxışı ilə bağlı maraqlı açıqlamalar verib. Allsport.az saytı xəbər verir ki, o, klub saytına bunu söyləyib:
“Hərdən futbolçuların əhval-ruhiyyəsi dəyişir. Ya havaya girirlər, ya özlərindən razılıq əmələ gəlir. Qurban Qurbanovla biz dövlət içində dövlət kimiyik. O, “Qarabağ”da muxtar respublika kimidir, nə istəyirsə, edir. Komanda hərdən geriləyə, hərdən irəliləyə bilər. Buna normal yanaşmaq lazımdır.
Bu yaxınlarda “Barselona”nın oyununa baxdım, uduzdular. Ondan sonra bir az təskinlik tapdım ki, o qədər büdcəsi olan klub da uduzur, “Qarabağ” da. Bu klub bizim qürur mənbəyimizdir. Ən son qəpiyimizi qazanana qədər komandanı dəstəkləyəcəyik. “Qarabağ” komandası Qarabağın varlığının sübutudur. Komandaya dəstək olmaq bizim borcumuzdur.
“Qəbələ”nin güclü olması həm onların özü, həm də “Qarabağ” üçün yaxşıdır. Çünki yaxşı rəqabət yaranır. Bu yaxınlarda Qurban Qurbanovdan soruşdum ki, “Qarabağ” niyə geri gedir. Dedi ki, yerli futbol klubları çox zəifdir, inkişaf edə bilmirik. Güclü klub tapa bilmirik ki, onlarla oynayaq. Amma getdi “Qəbələ”ylə oynadı və 2 qol buraxdı. Dedim sonra demə ki, güclü klub yoxdur”.