- Baxış sayı: 55
- 06 Fevral 2026 18:32
- Baxış sayı: 29
- Fevral 08, 2026
- 0

8 fevral Azərbaycan basketbol liqasında (ABL) 14-cü tura “B” qrupunda keçirilmiş iki oyunla yekun vurulub.
Allsport.az xəbər verir ki, günün ilk oyununda “Lənkəran” doğma azarkeşləri önündə 97-98 hesabı ilə “Ordu” klubuna məğlub olub. Turun son görüşü Gəncədə “B” qrupunun liderləri arasında baş tutub. Yerli komanda, “Şəki” üzərində 91-77 hesablı rahat qələbə qazanıb və “B” qrupunda liderliyə yüksəlib.
Geridə qalmış 14 turdan sonra “A” qrupuna “Sabah”, “B” qrupuna isə “Gəncə” klubu liderlik edir