- Baxış sayı: 35
- 17 Mart 2025 14:21
- Baxış sayı: 83
- Mart 16, 2025
- 0
13-16 mart Azərbaycan basketbol liqasında (ABL) 18-ci turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, turun açılış oyununda “Quba” 95-84 hesabı ilə Lənkəran səfərindən qalib ayrılıb. “B” qrupunun növbəti oyunu Sumqayıtda baş tutub. Yerli komanda 96-104 hesabı ilə “Şəki”yə məğlub olub. “B” qrupunda mərkəzi oyun “Gəncə” və “Ordu” klubları arasında oynanılıb. Görüş “Gəncə”nin 84-74 hesablı qələbəsi ilə yekunlaşıb. “A” qrupunda “Sabah” 99-64 hesabı ilə “Abşeron” üzərində asan qələbə əldə edib. “Sərhədçi” idman mərkəzində isə “Naxçıvan” 68-66 hesabı ilə “Sərhədçi” üzərində çətin qələbə qazanıb. Turun bağlanış oyununda “Neftçi” 76-64 hesabı ilə NTD-dən güclü olub. Geridə qalmış 18 turdan sonra, “A” qrupunun vahid lideri “Sabah” klubudur. “Naxçıvan” ikinci, “Neftçi” isə 3-cü pillənin sahibidir. “B” qrupuna isə “Gəncə” və “Şəki” klubları şərikli liderlik edirlər. “Ordu” klubu “B” qrupunun ən güclü üçüncü komandasıdır.