- Baxış sayı: 34
- 23 Aprel 2025 12:45
- Baxış sayı: 57
- Aprel 23, 2025
- 0
24 may “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasında 4-cü oyun baş tutacaq.
Allsport.az xəbər verir ki, “Sabah” və “Xəzri” komandaları arasında keçirilən final seriyasındakı ümumi hesab 2-1 “Sabah” klubunun xeyrinədir. Əgər son çempion “Sabah”, final seriyasının 4-cü görüşündə debütant “Xəzri” üzərində qələbə qazanarsa, o zaman çempionluğu bayram edəcək. “Xəzri” isə final seriyasında ümumi hesabı bərabərləşdirməyi bacarsa, final seriyası 5-ci oyuna qədər uzanacaq.
Super seriyada 4-cü oyun 24 may saat 19:30 ‘da başlayacaq və CBC Sport telekanalı ilə canlı yayımlanacaq